Artezian quyusu qazarkən başına boru düşüb öldü

artezian-quyusu-qazarken-basina-boru-dusub-oldu
Oxunma sayı: 1709

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb.

Belə ki, Cəlilabad rayon Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov həyətyanı sahədə artezian qazarkən başına boru düşüb.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov