Asfalta uzanıb selfi çəkənlərin üstündən maşın keçdi - Fotolar

asfalta-uzanib-selfi-cekenlerin-ustunden-masin-kecdi-
Oxunma sayı: 6748

Türkiyədə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” atv.az-a istinadən xəbər verir ki, Antaliya şəhərində 5 gənc avtomobil yolunda selfi çəkdirmək istəyib. Hərəkət etdikləri avtomobili yol kənarında saxalayan gənclər asfalta uzanıb. Bu zaman hərəkətdə olan yük avtomobili onların üstündən keçib. Nəticədə gənclərdən ikisi hadisə yerindəcə keçinib. Digər üç nəfər isə son anda qəzadan xilas ola bilib.

Qeyd edək ki, sözügedən gənclər istirahətdən qayıdırmış.