Ata üç uşağını sığınacağa yerləşdirdi - Yenilənib

ata-uc-usagini-siginacaga-yerlesdirdi
Oxunma sayı: 5279

Bakıda üç uşaq sığınacağa yerləşdirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin feysbuk hesabı paylaşım edib. İddiaya görə, üç uşaq atası ailəyə verilən sosial müavinət kəsildiyi üçün övladlarından imtina edib və onları həmin sığınacağa qoyub: “Ata hətta uşaqlar evə qaytarılarsa, onları balkondan atacağı ilə hədələyib”. 

Məsələ ilə bağlı sığınacaqla əlaqə saxladıq. Saytımıza bildirildi ki, T.Atayev II qrup əlil olduğu üçün sosial müavinət alırmış. Lakin sonradan ona müavinətin verilməyəcəyi bildirilib. O da uşaqlarını sığınacağa yerləşdirməyə qərar verib. 

Paylaşımda qeyd olunub ki, uşaqlar hazırda sığınacaqdadır, anaları 1 dəfə övladlarını görməyə gəlib.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna da sorğu ünvanlamışıq.

***

DSMF-dən “Qafqazinfo”ya verilən məlumata görə, Abşeron rayon sakini Atayev Tahir Məsim oğlu II qrup əlil deyil. Onun ailəsi 2024-cü il martın 7-də ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətinə elektron sistem tərəfindən  imtina verilməsinə səbəb müraciəti zamanı vətəndaşın ərizə-bəyənnamədə düzgün olmayan məlumat daxil etməsidir:

“Belə ki, o, ərizə-bəyannamədə həyat yoldaşı Atayeva Günel Adil qızının muzdla (əmək müqaviləsi ilə) işləyən şəxs olduğunu qeyd etsə də, müraciətlərin e-sistmlər üzərindən araşdırılması zamanı həmin məlumat öz təsdiqini tapmayıb. Bundan sonra T.Atayev  sosial yardım üçün e-qaydada müraciət etsə də, bu müraciətini təsdiqləməyib. Vətəndaş müraciətini təsdiqlədikdən sonra onun sosial yardım almaq hüququna yenidən baxılacaq”.