“Atam sağ olsaydı, faktları İranın ali rəhbərinə deyərdi” - İranın keçmiş Prezidentinin qızı

atam-sag-olsaydi-faktlari-iranin-ali-rehberine-deyerdi
Oxunma sayı: 4264

“Haşimi Rəfsəncani bu gün olsaydı, kəkələmədən faktları İranın ali rəhbərinə söyləyərdi”.

"Qafqazinfo" xəbər verir ki, İranın keçmiş Prezidentinin qızı Fatimə Haşiminin bu sözləri “Azad İran” teleqram kanalında yayılıb.

O, atasının ölümündən 2 ay əvvəl ona qarşı sui-qəsd ehtimalı ilə bağlı xəbərdarlıqlar aldığını bildirib:

“Şübhəli məqamlar olmasına baxmayaraq, atamın ölüm işini bağlayıblar. Xalqa məhəl qoymayan hakimiyyət öz ziyanına işləyir. Müəyyən siyasi qrupun ələ keçirdiyi hökumət belə ölkənin problemlərini həll etməyib”.