“AtaSığorta” müqavilələri “Atəşgah”a ötürüldü

atasigorta-muqavileleri-atesgaha-oturuldu
Oxunma sayı: 242

Aprelin 10-dan etibarən “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış bütün sığorta müqavilələri “Atəşgah” Sığorta Şirkəti ASC-yə ötürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu dəyişiklik nəticəsində əvvəlki dövr ərzində “AtaSığorta”da sığortalanan vətəndaşlar, hər hansı bir sığorta hadisəsi və ya digər müraciətləri ilə bağlı bundan sonra yalnız “Atəşgah” Sığorta Şirkətinə müraciət etməli olacaqlar. Keçid dövrünün problemsiz həyata keçirilməsi və müştərilərin hüquqlarının tam şəkildə qorunması məqsədilə müvafiq qaydalara tam riayət ediləcək.

Şəffaflıq və məlumatlandırma prosesləri müvafiq olaraq təmin ediləcək, müştərilərin hər hansı bir narahatlıq yaşamaması üçün bütün lazımi tədbirlər görüləcək.

Bu ötürülmə prosesi “Atəşgah” Sığorta Şirkəti ASC üçün bazar mövqeyinin gücləndirilməsi və məhsul portfelinin genişləndirilməsi baxımından mühüm bir fürsət kimi dəyərləndirilir.

Şirkət müştərilərə daha geniş və rəqabətli sığorta məhsulları təqdim etməyi hədəfləyir və gələcəkdə bu istiqamətdə müvafiq strateji addımlar atmağı planlaşdırır.