“Atəşgah” Sığorta Şirkəti ASC və “Referans Medical Group” arasında memorandum imzalandı - Fotolar

atesgah-sigorta-sirketi-asc-ve-referans-medical-group-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 234

“Atəşgah” Sığorta Şirkəti ASC və “Referans Medical Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, memorandum çərçivəsində müştərilərə Tibbi sığorta sahəsində yeni məhsulların təqdim edilməsi nəzərdə tutulur.

Məqsəd fərdi müştərilərin və ailələrin tibbi xidmətlərdən rahat və etibarlı şəkildə yararlanmasını təmin etməkdir.

Tədbirdə hər iki şirkətin rəhbər şəxsləri iştirak edib. Memorandumu “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov və “Referans Medical Group” un direktoru Elgiz Dadaşov imzalayıblar.

Tədbirdə iştirak edən hər iki tərəfin nümayəndələri əməkdaşlığın gələcək inkişaf imkanlarını yüksək qiymətləndiriblər.