Avropa Parlamenti Ermənistanla bağlı qətnamə qəbul etdi

avropa-parlamenti-ermenistanla-bagli-qetname-qebul-etdi
Oxunma sayı: 7546

Avropa Parlamenti Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnamə qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd olunub ki, qətnamənin lehinə 504, əleyhinə isə 4 deputat səs verib.

32 deputat bitərəf qalıb.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”, - məlumatda deyilir.