Avstriyada üçgünlük milli matəm elan ediləcək

avstriyada-ucgunluk-milli-matem-elan-edilecek
Oxunma sayı: 1965

Avstriyanın Qrats şəhərində məktəbdə baş verən atışma ilə əlaqədar sabahdan üçgünlük milli matəm elan ediləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin kansleri Kristian Stoker bildirib.

“Bu gün baş verənlər milli faciədir. Bu akt bizim hamımıza təsir etdi. Bütün Avstriya milli matəm zamanı qurbanların xatirəsini yad edəcək”, - o vurğulayıb.