Avtobuslar cədvələ uyğun hərəkət etmir - Rəsmi

avtobuslar-cedvele-uygun-hereket-etmir
Oxunma sayı: 1277

“Diaqnostika onu göstərdi ki, xətdə olan avtobusların sayı cədvəllərdə göstərilən avtobusların sayından kifayət qədər aşağıdır. 2022-ci ilin sentyabrın 15-də xəttə 2200 avtobus əvəzinə 1700 avtobus çıxıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.  

O bildirib ki, təhlilə əsasən, 17 faiz əhalinin ictimai nəqliyyata çıxışı yoxdur: “Bu da sakinləri məcbur edir ki, fərdi nəqliyyat vasitələrindən istifadə etsinlər”.

Zaur Mirzə