“Azarkeşlər əvvəl bizi fitə basırdılar, amma indi…” - Video

azarkesler-evvel-bizi-fite-basirdilar-amma-indi
Oxunma sayı: 394

“Əvvəllər 3:0-dan sonra azarkeşlər stadionu tərk edirdilər, bu gün isə 5-6 dəqiqə sona qalmış bunu etdilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl”la baş tutan matçdan sonra keçirilən mətbuat konfransında deyib.

“Onlar yanımızda olduqlarını göstərdilər. Hamımız üçün böyük təcrübə oldu. Azarkeşlərə təşəkkür edirəm ki, bu gün möhtəşəm idilər. Bəzən oyunumuz alınmayanda, bəzən fitə basılırdıq, amma bu gün bunun əksini gördük. İngilis azarkeşlərin yanında göstərdik ki, hamımız bir yerdəyik”, – deyə o söyləyib.

Daha ətraflı videoda: