“Azərbaycan dünya üçün nümunəvi ölkədir”

azerbaycan-dunya-ucun-numunevi-olkedir
Oxunma sayı: 1527

"Azərbaycan koronavirusa qarşı mübarizədə dünya üçün, başqa ölkələr üçün nümunədir".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib:

"Operativ Qərargahın yaradılması mühüm bir addımdır. Hökumətin bir araya gələrək qərarlar qəbul etməsi nümunəvi reaksiyadır. Operativ Qərargahın mətbuat konfransları təşkil edərək mütəmadi olaraq vətəndaşları məlumatlandırması gözəl bir addımdır". 

Murad Əhməd