Azərbaycan Kubokunun püşkü atıldı

azerbaycan-kubokunun-pusku-atildi
Oxunma sayı: 1143

Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, mart və aprel aylarında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda, 10 komanda iki yarımqrupda mübarizə aparacaq. Qrup oyunları dairəvi sistemdə keçiriləcək və qruplarda ilk iki yeri tutmuş klublar yarımfinala vəsiqə qazanacaqlar.

A qrupu: "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan", "Sumqayıt"
B qrupu: "Sabah", "NTD-İNDİQO ", "Sərhədçi", "Gəncə", "Şəki"

 Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.