Azərbaycan-Özbəkistan əlaqələrinə dair - Videosüjet

azerbaycan-ozbekistan-elaqelerine-dair
Oxunma sayı: 278

“Özbəkistanın zəngin mədəni irsi və Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri” mövzusuna həsr olunmuş videosüjet hazırlanıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, videosüjet Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ərsəyə gətirilib.

Videosüjetdə Özbəkistanın çoxəsrlik mədəni ənənələrinin formalaşması, eləcə də Azərbaycan–Özbəkistan mədəni-humanitar əlaqələrinin tarixi inkişaf yolu və müasir mərhələsi əks etdirilib.