“Azərbaycan Prezidentinə etdiyi bir zəng vəziyyəti tamam dəyişdi”

azerbaycan-prezidentine-etdiyi-bir-zeng-veziyyeti-tamam-deyisdi
Oxunma sayı: 1474

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Prezident Məsud Pezeşkianın xarici siyasət yanaşması və region ölkələri, o cümlədən Azərbaycanla münasibətlərin inkişafındakı rolu barədə diqqətçəkən məqamları açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Əraqçi bu barədə xalqa müraciətində bildirib.

O, Pezeşkianın dialoqa böyük önəm verdiyini və bunun diplomatik əlaqələrdə ciddi dönüş yaratdığını söyləyib.

İran XİN rəhbərinin sözlərinə görə, Pezeşkianın dil bilikləri və səmimi ünsiyyət qurmaq bacarığı regional səfərlərdə mühüm rol oynayıb:

“Onun İraq Kürdüstanına səfəri zamanı ətrafdakılarla kürd dilində ünsiyyət qurması çox böyük rəğbətlə qarşılandı və həmin bölgə ilə münasibətlərimizə əsaslı təkan verdi. Eyni hal Azərbaycanla münasibətlərdə də baş verdi. Həmişə enişli-yoxuşlu olan və müəyyən problemlərin yaşandığı əlaqələrimiz onun səfəri və Azərbaycan Prezidenti ilə qurduğu vasitəsiz dil kontaktı sayəsində tamamilə müsbətə doğru dəyişdi.

Təkrar edirəm, Məsud Pezeşkianın Azərbaycan Prezidentinə etdiyi bir telefon zəngi vəziyyəti tamamilə dəyişdi. Bu kimi məqamlar onun dialoq və qarşılıqlı təmas yolu ilə nailiyyətlər əldə etməyə olan inamını daha da möhkəmləndirdi. Məncə, o, bu baxımdan, artıq xarici siyasətin nəzəriyyəçisinə çevrilib”.