“Azərbaycan - İtaliya münasibətləri çox sürətlə inkişaf edir. Gələn il bu münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə 12 milyard dollar təşkil edib, 2026-cı ilin 9 ayı ərzində isə 9 milyard dollar həcmində olub.
Nazir vurğulayıb ki, İtaliya hazırda Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır.
Bildirilib ki, iki ölkə arasında 65 sənəd mövcuddur və hazırda 20 sənədə baxılmaqdadır.
Eyni zamanda, hazırda Azərbaycanda 167 İtaliya şirkətinin qeydiyyatdan keçdiyi və onlardan 124-nün aktiv fəaliyyət göstərdiyi qeyd olunub.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər