Azərbaycanda süni brilyant istehsal ediləcək

azerbaycanda-suni-brilyant-istehsal-edilecek
Oxunma sayı: 2706

“Süni brilyant istehsal edən Hindistan şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. Ələt Azad İqtisadi Zonasında bu istehsalat artıq qurulur”.

“Qafqazinfo” xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan süni brilyant və gələcəkdə təbii brilyant istehsalı ilə bağlı HUB-a çevrilsin.

Z.İbrahimov əlavə edib ki, süni brilyant 2-3 həftə ərzində əmələ gəlir. Tərkibi təbii brilyantdan daha təmizdir.

Gülnar Əliyeva