Azərbaycandan Ermənistana növbəti dizel tədarükü

azerbaycandan-ermenistana-novbeti-dizel-tedaruku
Oxunma sayı: 275

Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndəriləcək. 

“Qafqazinfo” xəbər verir ki, 17 sisterndən ibarət 989 ton olan dizel yanacağı sabah Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.