Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi

azerbaycandan-tranzit-kecmekle-ermenistana-daha-420-ton-bugda-gonderildi
Oxunma sayı: 271

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda avqustun 13-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.