Azərbaycanın 2 universiteti dünya reytinqində

azerbaycanin-2-universiteti-dunya-reytinqinde
Oxunma sayı: 11540

Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “Quacquarelli Symonds” (QS) təşkilatı fənn proqramları üzrə ən yaxşı universitetlərin reytinqini açıqlayıb.

Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan sözügedən reytinqdə 2 universitetlə təmsil olunub.

Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Azərbaycan Dillər Universiteti “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 301-340 universitetinin siyahısına daxil olub. Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” proqramı üzrə ən yaxşı 351-400, “İctimai elmlər və menecment” proqramı üzrə isə ən yaxşı 501-550 universitetin siyahısına daxil olub.

Qeyd edək ki, sözügedən reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator – akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi nəzərə alınır.