Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda yarışdı

azerbaycanin-daha-bir-agirliqqaldirani-dunya-kubokunda-yarisdi
Oxunma sayı: 724

Azərbaycanın daha bir ağırlıqqaldıranı Əli Şükürlü Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.

“Qafqazinfo” xəbər verir ki, 102 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.

O, toplam 377 kq (167+210) nəticə göstərib. Şükürlünün yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq), Ömər Cavadov (73 kq) və İsa Rüstəmov (73 kq) "körpücük" üzərinə çıxıblar.