Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.
“Qafqazinfo” “Aktual.ge”yə istinadən xəbər verir ki, Dursun Həsənov Bakıda yaşadığı evdə dünyasını dəyişib.
Bildirilib ki, mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Son xəbərlər
Son Xəbərlər