“Bu gün Vaşinqton anlaşmasının imzalanmasından bir il keçir. Azərbaycanın təklif etdiyi prinsiplər əsasında regionda formalaşan düzən bütövlükdə Qafqazın inkişafı üçün yeni imkanlar yaratmaqdadır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu, sadəcə ABŞ-Azərbaycan münasibətlərinin inkişafında deyil, həmçinin regionda sülh və əməkdaşlıq üçün yeni bir bazanın formalaşmasında özünü göstərməkdədir: “Azərbaycan sülh gündəliyinə sadiq olaraq Ermənistana enerji məhsullarının ixracatını həyata keçirir, eyni zamanda Ermənistana daşınan bütün yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Təbii ki, bu, Azərbaycanın regiondakı sülhə töhfəsi və dəstəyini bir daha təsdiq edir.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi və kommunikasiyanın bərpa edilməsi, o cümlədən iqtisadi əlaqələrin genişləndirilməsi vacib məqamlardandır. Bu regionda dayanıqlı sülhün formalaşmasına sözsüz töhfə verəcək. Bu konteksdən təbii ki, Azərbaycan və Ermənistan arasında apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür”.
Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına və ölkələrin bundan daha çox faydalanmasına gətirib çıxaracaq: “Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticari dövriyyəsi illik olaraq 300 milyon dollar ətrafında dəyişə bilər. Bura birbaşa Ermənistandan Azərbaycana ixrac, Azərbaycandan Ermənistana ixrac daxildir. Söhbət idxal-ixrac əməliyyatlarından gedir.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrinin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu konteksdən təbii ki, beynəlxalq yük daşımalardan da ölkələrin daha çox gəlir əldə etmək imkanı var ki, bu da praktiki olaraq həm dayanıqlı sülhün, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır”.
Son xəbərlər
Son Xəbərlər