Azərbaycanlı futbolçu “Herta” ilə müqavilə imzaladı

azerbaycanli-futbolcu-herta-ile-muqavile-imzaladi
Oxunma sayı: 523

Azərbaycanlı futbolçu Raul Süleymanov Almaniyanın “Herta” klubu ilə yeni müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Azərbaycanın U-21 millisinin üzvü II Bundesliqa təmsilçisi ilə ilk peşəkar sözləşməsinə imza atıb.

Qeyd edək ki, Raul Süleymanov 2022-ci ilin yayından “Herta”nın akademiyasında çıxış edir.