Azərbaycanlı gənc ad günündə dostu ilə birgə öldü - Rusiyada

azerbaycanli-genc-ad-gununde-dostu-ile-birge-oldu
Oxunma sayı: 7498

İki azərbaycanlı gənc Rusiyada ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə ölkənin Tver vilayətində baş verib.

Belə ki, Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov və onun dostları P. Xəlilovun doğum gününü restoranlardan birində qeyd ediblər.

Sonra vəziyyətləri pisləşən dostlar xəstəxanaya yerləşdiriliblər. Lakin 23 yaşlı P. Xəlilov və dostu göstərilən bütün müdaxilələrə baxmayaraq vəfat edib.

Digər iki şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Gənclərin qidadan zəhərləndiyi ehtimal olunur.

Mübariz Məmmədov

Həmçinin oxuyun: “Я знаю, что президент не в курсе этих вопросов”