Azərbaycanlı şagirdlərdən böyük uğur - Video+Fotolar

azerbaycanli-sagirdlerden-boyuk-ugur
Oxunma sayı: 1568

Azərbaycanlı şagirdlər beynəlxalq olimpiadada yüksək nəticə göstərib.

“Qafqazinfo” xəbər verir ki, şagirdlərimiz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi, “Future Intelligence Students Olympiad” (FISO) olimpiadasında mümkün 300 medalın 120-ni qazanıblar.

Uğurlu nəticə göstərənlərdən biri də Bakı-İstanbul liseyinin 4-cü sinif şagirdi Cahangir Qasımovdur. O, İngilis dilindən gümüş, riyaziyyat fənnindən qızıl, məntiqdən isə dünya birincisi olub. O, bu nailiyyətinə görə “Brilyant mükafat”a (Diamond Award) layiq görülüb.