Türkiyənin məşhur “Bahar” serialı final edəcək.
“Qafqazinfo” xəbər verir ki, serial 64-cü bölümü ilə tamaşaçıları ilə vidalaşmağa hazırlaşır.
Serialın rəsmi sosial media hesablarından verilən açıqlamada bu sözlər yer alıb:
“Bahar”ın vidasına son 2 bölüm. Birlikdə çıxdığımız bu yolda ürəyinizi bizə açdınız və hekayəmizə inandınız. Hər bölümdə güldük, ağladıq və yenidən başladıq. “Bahar” 64-cü bölüm ilə ekranla vidalaşır. Amma onun ümid, sevgi və həmrəyliklə dolu hekayəsi qəlbimizdə yaşamağa davam edəcək. Bizi evinizdə, həyatınızda, ürəyinizdə qəbul etdiyiniz üçün təşəkkür edirik”.
Qeyd edək ki, ötən ay serialın yayım günü dəyişdirilmişdi.
Son xəbərlər
Son Xəbərlər