Bakı Lokomotiv Deposunun ərazisində servis mərkəzi inşa olunacaq - Video

baki-lokomotiv-deposunun-erazisinde-servis-merkezi-insa-olunacaq
Oxunma sayı: 859

Paytaxtın Böyükşor ərazisində yerləşən və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) balansında olan Bakı Lokomotiv Deposu sökülür.

“Qafqazinfo”nun məlumatına görə, ADY-dən Bizim.Media-ya bildirilib ki, QSC ilə “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Böyükşorda Bakı Lokomotiv Deposunun ərazisində Texniki Servis Mərkəzi inşa olunacaq.

“Texniki Servis Mərkəzinin layihələndirilməsi və tikinti işləri çərçivəsində müvafiq ərazidə bəzi obyektlərin demontajı nəzərdə tutulub. Hazırda inzibati bina və sexlərdən birinin söküntüsü işləri həyata keçirilir.

Yeni servis mərkəzində “Stadler” markalı dəmir yolu nəqliyyatı vasitələrinin təmiri və texniki xidmət həyata keçiriləcək”, - açıqlamada qeyd olunub.