15 yaşlı oğlan kanalda boğuldu

15-yasli-oglan-kanalda-boguldu
Oxunma sayı: 668

Füzuli rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Qayıdış-9 qəsəbəsində baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü F.Hüseynov qəsəbənin ərazisindəki su kanalında çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.