Nazir ona yüksək vəzifə verdi

nazir-ona-yuksek-vezife-verdi
Oxunma sayı: 2385

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasına yeni direktor təyin edilib.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən plastik cərrah Dilqəm Məmmədov sözügedən klinikaya direktor təyin edilib.