“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı ilə Bülbül Vokal Məktəbinin məzunu, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Atilla Məmmədli Kamera və Orqan Musiqisi Zalında solo konsert proqramı ilə çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, konsert Azərbaycan professional vokal məktəbinin banisi, dahi sənətkar Bülbülün əziz xatirəsinə ithaf olunub.
Proqramda dünya və Azərbaycan klassik vokal əsərlərinin seçilmiş nümunələri səsləndirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Gənc tenorun ifasını konsertmeysterlər, Beynəlxalq müsabiqələr laureatları Fidan Yunus və Ağarəhim Salah müşayiət ediblər.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu Bülbül Vokal Məktəbinin klassik vokal sənətinin inkişafı və gənc istedadların yetişdirilməsi istiqamətindəki rolunu yüksək qiymətləndirib.

Son xəbərlər
Son Xəbərlər