Bakıda 2 ildir bağlı olan İran Bankı açıldı - Yenilənib

bakida-2-ildir-bagli-olan-iran-banki-acildi
Oxunma sayı: 6348

İran Milli Bankının Bakı filialı (“Bank Melli İran-Baku”) fəaliyyətini tam bərpa edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya filialdan məlumat verilib. 

Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı

***

“Mehr” agentliyinin məlumatına görə, İran Milli Bankının Bakı filialının fəaliyyətə başlaması, eyni zamanda İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfərinin iqtisadi nəticələrindən biri kimi diqqət çəkir.