Ailə üzvlərinə zorakılıq edən 41 yaşlı kişi həbs olundu

aile-uzvlerine-zorakiliq-eden-41-yasli-kisi-hebs-olundu
Oxunma sayı: 715

Bir neçə gün əvvəl Sabunçu rayonunda atanın qız övladını cinsi zorakılıqla hədələməsi ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən iddia ilə bağlı ana “Qadın Dəstək Xətti”nə zəng edərək müraciət edib.

Ananın sözlərinə görə, özü və üç azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı olaraq məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır. O, narkotik maddənin təsiri altında olan ərinin ailə üzvlərini, o cümlədən azyaşlı qız övladını cinsi zorakılıq edəcəyi ilə hədələdiyini və onu izlədiyini deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Bakıda həyat yoldaşı və uşaqlarına qarşı zorakılıq edən şəxs məsuliyyətə cəlb olunub: “Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ailə üzvlərinə qarşı zorakılıq hərəkətləri törətməkdə şübhəli bilinən 41 yaşlı Asif Abbasov müəyyən olunub. O saxlanılaraq inzibati qaydada həbs edilib. Araşdırmalar davam etdirilir”.