Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Milli Assambleyasının üzvü, Xarici işlər komitəsinin sədri Bruno Fuks ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş barədə fransalı deputat özünün “X” hesabında paylaşım edib.
“İrandakı müharibə və yaxın gələcəkdə Mərkəzi Şərqdə yarana biləcək vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün Azərbaycan səfiri L. Abdullayeva ilə görüşməyi məqsədəuyğun hesab etdim. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı məsələləri də müzakirə etdik”.


Son xəbərlər
Son Xəbərlər