Seymur Orucov Aydın Tağızadə ilə vida mərasimində - Fotolar

seymur-orucov-aydin-tagizade-ile-vida-merasiminde
Oxunma sayı: 2502

Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Ağzıbir kəndindən olan görkəmli təhsil işçisi, yazıçı-publisist Aydın Tağızadə 76 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, mərhumun vəfatı ilə əlaqədar Ağstafa şəhərində yaşadığı ünvanda təşkil olunan mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər zaman Vətəninə, el-obasına bağlılığı ilə seçilən ziyalının keçdiyi şərəfli ömür yolundan bəhs olunarkən qeyd edilib ki, Aydın Tağızadə 40 ilə yaxın orta ümumtəhsil müəssisəsinin direktoru kimi Ağstafa təhsilinə böyük töhfələr verib.

O həmçinin Bədən Tərbiyəsi və İdman əlaçısı, boks üzrə idman ustası, eyni zamanda, stolüstü tennis, şahmat və futbol oyunları üzrə birinci dərəcəyədək yüksəlməyi bacarıb. Onun vətənpərvərliyi, sağlam həyat tərzi hər zaman yeniyetmə və gənclər üçün də böyük örnək olub.

Allahdan Aydın Tağızadəyə rəhmət, ailəsinə səbr və dərin hüznlə başsağlığı diləyirik!