Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif etdi - Fotolar

erdogan-quterresi-ataturk-beynelxalq-sulh-mukafati-ile-teltif-etdi
Oxunma sayı: 305

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan BMT Baş katibi Antonio Quterreşi təltif edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Anadolu Ajansı” məlumat yayıb.

Belə ki, Türkiyə lideri Quterreşə Beştəpə Milli Sərgi Salonunda “Atatürk Beynəlxalq Sülh Mükafatı”nı təqdim edib.

Çıxışlardan və mükafatlandırma mərasimindən sonra Ərdoğan və Quterreş iftar proqramına qatılıblar.