ABB-nin dəstəyi, “Facemark” şirkətinin təşkilatçılığı ilə “Gülüstan” sarayında II Qadın Liderləri Zirvəsi keçirilib.
Tədbirdə Azərbaycandan və ölkə xaricindən müxtəlif fəaliyyət sahələrini təmsil edən qadın liderlər bir araya gəlib.
ABB-nin baş direktoru Aynur Süleymanlı iştirakçılara ABB-nin qadınlara bərabər imkanlar mühitinin yaradılması məqsədilə həyata keçirdiyi layihələr barədə danışıb. Bankın son illərdə qadın liderlərin inkişafı sahəsində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.
ABB-nin Əməliyyat departamentinin direktoru Nərgiz Aslanova panel müzakirəsində iştirakçılarla öz şəxsi inkişaf təcrübəsini bölüşüb.
Müzakirələr “Zirvəyə gedən yol”, “Zirvədəki baryerlər və maneələr”, “Zirvədə davamlılıq və dayanıqlılıq” mövzularında 3 əsas panel üzrə aparılıb.
Tədbir zamanı keçirilən müsabiqənin qaliblərinə ABB-nin hədiyyələri də təqdim olunub.
II Qadın Liderləri Zirvəsi ölkəmizdə qadın liderliyinin gücləndirilməsi və gələcək nəsil liderlərin formalaşdırılmasına töhfə verən əhəmiyyətli platforma kimi yadda qalıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Son xəbərlər
Son Xəbərlər