İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İran cavab əməliyyatının 42-ci mərhələsi çərçivəsində Təl-Əvivə və ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına raket və pilotsuz təyyarələrlə zərbələr endirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın dövlət televiziyası “IRIB” məlumat yayıb.
“Doğru vəd - 4” əməliyyatının 42-ci mərhələsi Təl-Əvivin mərkəzinə və ABŞ terrorçularının bazalarına qarşı güclü “Emad”, “Qədr”, “Xeybarşekan” və “Fəttah” raketləri, həmçinin hücum pilotsuz təyyarələrinin atılması ilə həyata keçirilib”, - məlumatda deyilir.
Son xəbərlər
Son Xəbərlər