Rusiyanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsi “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının dörd icraçısını, həmçinin onlara kömək etmiş 11 nəfəri ömürlük azadlıqdan məhrum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən Şamsiddin Fariduni, Dalerdjon Mirzoyev, Murodəli Racabalizoda və Muhəmmadsobir Fayzov barəsində ömürlük həbs cəzası qərarı çıxarılıb. Onlar cəzanın bir hissəsini həbsxanada, qalan müddəti isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Bundan əlavə, onların hər birinə 990 min rubl (təxminən 21235 AZN) məbləğində cərimə təyin edilib.
Daha 4 nəfər isə 19 il 11 aydan 22,5 ilədək azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da 2024-cü il martın 22-də törədilmiş terror aktı nəticəsində 149 nəfər həlak olub, 600 nəfərdən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı konsert zalına dəyən maddi zərərin miqdarı təxminən 6 milyard rubl (təxminən 110 milyon AZN) dəyərində qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər