Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Qriqori Omelçenkonun təhdidlərindən sonra anasına zəng edərək narahat olmamasını xahiş edib.
“Qafqazinfo” xəbər verir ki, hökumət başçısı həmin telefon danışığını feysbuk səhifəsində paylaşıb:
“Salam, ana! Mənim üçün narahat olma, yaxşıyam. Əlbəttə ki, axşamlar, adətən, çox yorğun oluram, çox işləyirəm, ana. Amma narahat olma, hər şeyi mən həll edəcəyəm, bilirsən”.
Xatırladaq ki, sabiq general Omelçenko Orbanın ailəsini, övladlarını və nəvələrini açıq şəkildə hədələyərək, SBU-nun onun harada yatdığına qədər hər addımından xəbərdar olduğunu iddia edib. Buna cavab olaraq Orban “Hər şeyin bir həddi var” deyərək, ailəsinə yönələn bu təhdidləri qəbuledilməz adlandırıb.
Son xəbərlər
Son Xəbərlər