Bakıda bu binada siçovullarla bağlı dərmanlama işləri aparılacaq - Video

bakida-bu-binada-sicovullarla-bagli-dermanlama-isleri-aparilacaq
Oxunma sayı: 960

Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar daraşıb.

“Qafqazinfo”nun məlumatına görə, siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək, yararsız hala salıb.

Buradakı yaşayış binasında yaşayan sakinlər 2 aydır ki, siçovullarla mübarizə apardıqlarını deyirlər.

Binanın problemi bununla da bitmir. Sakinlər deyirlər ki, kanalizasiya boruları köhnədir və tez-tez tutulur, nəticədə çirkli su zirzəmiyə dolur və ətrafa pis qoxu yayılır.

Binanın həyətinə doluşan siçovullarla bağlı ərazi üzrə Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, ünvana baxış keçiriləcək və dərmanlama işləri aparılacaq.

Kanalizasiya problemi ilə bağlı isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, Sukanal idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Problemin həll olunması istiqamətində işlərin başlanılması nəzərdə tutulur.

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında: