Bu gün günorta saatlarında Xətai rayonunda ağır qəza baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nobel prospektində baş verib.
Yüksək sürətlə hərəkət edən Toyota” markalı avtomobilin sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Qəzaya uğrayan 99 AN 541 nömrəli avtomobilə ciddi ziyan dəyib. Zərbədən avtomobilin təhlükəsizlik yastıqları açılıb. Sürücü xəsarət alıb.
Hadisə yerindən fotonu İradə Cəlil paylaşıb.
Murad Əhməd


Son xəbərlər
Son Xəbərlər