Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

bakida-efqan-qiz-ozunu-zapravkada-yandirmaq-istedi
Oxunma sayı: 5753

Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Əfqanıstan vətəndaşı olan 1994-cü il təvəllüdlü Z.Qulami üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun intihar cəhdinin qarşısı ərazidəki polis əməkdaşları tərəfindən alınıb.

Z.Qulami izahatının alınması məqsədilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza

Həmçinin oxuyun: Фазиль Мустафа впервые рассказал о вчерашнем покушении