İspaniyanın Baş naziri Pedro Sançesin Madriddən İrəvana uçan təyyarəsi Ankarada təcili eniş edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “La Razon” nəşri məlumat yayıb.
“Onu (Pedro Sançesi - red.) Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana aparan təyyarə marşrutu yarımçıq dayandırmaq və gözlənilmədən Ankarada eniş etmək məcburiyyətində qalıb”, - məlumatda deyilir.
Hadisəyə texniki problemin səbəb olduğu bildirilir. İspaniya nümayəndə heyətinin bu gün səhər saatlarında Ermənistana yola düşəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər