Bakıda köşkdən 1700 manatlıq lotereya oğurlandı

bakida-koskden-1700-manatliq-lotereya-ogurlandi
Oxunma sayı: 1216

Bakıda köşkdən oğurluq edən Vaqif Əliyev saxlanılıb. 

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq hadisəsi yanvarın 13-də Səbail rayonunun Ş.Allahverdiyev küçəsində yerləşən köşklərin birində baş verib. Köşkdən 300 manat pul, tütün məmulatı və 1700 manat dəyərində lotereyanın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vaqif Əliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.