Böyükşor-Pirşağı yolunda “Land Rover” markalı avtomobil yanıb.
“Qafqazinfo”nun məlumatına görə, alışan avtomobil yararsız hala düşüb.
Yanğınla bağlı yolda sıxlıq yaranıb.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb, xəsarət alan olmayıb.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər