Bakıda partlayış olan ofisdən - Yeni görüntülər

bakida-partlayis-olan-ofisden
Oxunma sayı: 9665

Bakının Nərimanov rayonunda partlayış baş verən ofisdə xilasetmə itləri ilə birgə axtarış işləri aparılır.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, insanların dağıntılar altında qalma ehtimalı var. Əraziyə axtarış briqadası və xüsusi təlim görmüş itlər cəlb edilib.

***

Hadisə yerinə prokurorluq əməkdaşları da cəlb edilib. İlkin istintaq hərəkətləri aparılır.

Xatırladaq ki, partlayış səhər saatlarında Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Sail Ağasəlim

Fotolar: Pərvin Zeynal