Bakıda qalib olmuşdu, yenidən “Avroviziya”ya gedir - Video

bakida-qalib-olmusdu-yeniden-avroviziyaya-gedir
Oxunma sayı: 3221

Bakıda “Avroviziya-2012” Beynəlxalq Mahnı Müsabiqəsində qalib gəlmiş isveçli müğənni Loreen yenidən ölkəsini yarışmada təmsil edəcək.

“Qafqazinfo” xəbər verir ki, o, “Avroviziya-2023” milli seçim turunda “Tattoo” mahnısı ilə qalib olub.

Loreen mayın 9-da (ilk yarımfinal) Liverpul səhnəsində çıxış edəcək.

O, müsabiqənin əsas favoritlərindən biri hesab olunur.

Xatırladaq ki, Loreen Bakıda baş tutmuş “Avroviziya-2012”də “Euphoria” mahnısı ilə qalib olmuşdu. Müğənni 372 xal toplamışdı.