Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü - Foto

bakida-turkiye-sefirliyinin-avtomobili-qezaya-dusdu
Oxunma sayı: 2845

Bakıda Türkiyə səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu, Albert Aqarunov küçəsində qeydə alınıb.

Türkiyə səfirliyinə məxsus “KİA” markalı, 001-D-030 dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxan “Honda İnsight” markalı taksini vurub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Əraziyə polis əməkdaşları gəlib.

Eldar Tanrıverdi