Bakıda vəzifəli şəxsin maşınının nömrəsi oğurlandı

bakida-vezifeli-sexsin-masininin-nomresi-ogurlandi
Oxunma sayı: 4740

Bakıda avtomobil nömrəsi oğurlanıb.

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Aydın Məmmədov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 1980-ci il təvəllüdlü Ağayev Qorxmaz Siracəddin oğlu polisə müraciət edərək bildirib ki, gecə saatlarında küçədə saxladığı "Mercedes 450" markalı avtomobilinin arxa nömrə nişanları oğurlanıb.

Qeyd edək ki, Q.Ağayev “Azmont İnvestments”MMC-nin qanuni təmsilçisi və “Caspian Development Bank”ın Müşahidə Şurasının üzvüdür.