Bakıda yanmış kişi meyiti tapıldı

bakida-yanmis-kisi-meyiti-tapildi
Oxunma sayı: 2413

Bakı şəhərinin Sabuçu rayonunda kişi meyiti tapılıb.

Bu haqda “Qafqazinfo”ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, yanvarın 18-i paytaxtın Sabuçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olub.

Meyitin 14 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.